Azərbaycanın rayonlarında yanğınlar olub

Azərbaycanın rayonlarında yanğınlar olub

21 Avqust 2019 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboy rayonunun Ağamalıoğlu kəndində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunda ümumi sahəsi 18 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 340 kq ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının pilləkən qəfəsinin səkkizinci mərtəbəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və səkkizinci mərtəbəsindən onaltıncı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 24 p.m yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən kabellərin qalan hissəsi, elektrik sayğacları və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.