Göygöldə və Yardımlıda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Oxuməni.az-ın verdiyi xəbərə grə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın nəticəsində 0,5 ha sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb.
Yanğın söndürülüb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
2
Yardımlı rayonunun Təzəkənd kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Hacıqabul rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


















































.jpg)
.jpg)






.jpg)





















.jpg)













