Respublikamızın bəzi rayonlarında yanğın baş verib

Respublikamızın bəzi rayonlarında yanğın baş verib

26 Avqust 2019 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunun Cibir kəndində 120 ha biçilmiş taxıl sahəsi və 2 ha sahədə kol-kos yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran rayonunun Qələgah kəndində ümumi sahəsi 110 m² olan tikilinin içərisinə yığılan 25 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlığdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Astara rayonunun Köçəsgər kəndində transformatorun yağ çəni və kabelləri 4 p.m yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb