Rusiyada nüvə raketi partladı, ətrafa radiasiya yayılır, ölənlər var

Rusiyada nüvə raketi partladı, ətrafa radiasiya yayılır, ölənlər var

26 Avqust 2019 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın raket sınağı zamanı baş verən qəza nəticəsində nüvə radiasiyasının sızıntısı qeydə alınıb.

Rusiya Meteoroloji İdarəsi ölkənin şimal-qərbindəki Arxangels vilayətində radiasiya sızıntısının ortaya çıxdığını açıqlayıb.

“Havaya strontiyum, baryum və lantanum maddələrinin yayıldığı aşkarlanıb”, - açıqlamada deyilir.

Avqustun 8-də Şimal Qütbü bölgəsindəki Noyonoksa Donanma Bazasında baş verən raket partlaması nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Beynəlxalq Nüvə Sınaqlarına Qadağa Müqaviləsi Təşkilatı qəzadan sonra nüvə radiasiyasının yayıldığını açıqlamış, lakin Rusiya bunu təkzib etmişdi.