Yevlax və Bakıda yanğın baş verib
Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
08 sentyabr 2019-cu il saat 03:15-dək, ilkin məlumata əsasən:
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində yerləşən sahəsi 70 m² olan sauna otağının yanar konstruksiyaları 7 m² sahədə yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 70 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


















































.jpg)
.jpg)






.jpg)





















.jpg)













