Xəzər və İmişli rayonlarında yanğın olub

Xəzər və İmişli rayonlarında yanğın olub

10 Sentyabr 2019 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 3 m² sahədə yanıb. Oxuməni.az-ın verdiyi xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin qamışdan ibarət tavanı 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.