Türkiyədə ard-arda güclü zəlzələ olub

Türkiyədə ard-arda güclü zəlzələ olub

14 Sentyabr 2019 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Çankırı şəhərində bu gün ard-arda güclü zəlzələ olub.

Azadinform xəbər verir ki, yeraltı təkanlar 4,7 və 4.8 bal güclərində olub.

Türkiyə vaxtı ilə saat 9:00-da və 9:03-də baş verən zəlzələnin episentri Çerkeş rayonunda qeydə alınıb. İlk yeraltı təkan 13,66 kilometr, ikinci təkan isə 4,13 kilometr dərinlikdə meydana gəlib.

Qeyd edək ki, baş verən zəlzələ Ankarada və ətraf rayonlarda də hiss olunub. Hələlik dağıntı və tələfatın olmadığı bildirilir.