Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub

Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub

15 Sentyabr 2019 21:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub.

Hadisə yerli vaxtla saat 19.20 radələrində Yekağerinburq-Almatı avtomobil yolu yaxınlığında, Şamalqan dəmir yolu stansiyasında baş verib.

Qatar dəmir yolu keçidində relslər üzərində dayanmış avtobusa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib. /APA