FHN-in Qubada yanğını söndürməyə gedən maşını çayda batıb - VİDEO

FHN-in Qubada yanğını söndürməyə gedən maşını çayda batıb - VİDEO

15 Sentyabr 2019 21:18
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir. Report