İlk dərs günü məktəbin tavanı çökdü

İlk dərs günü məktəbin tavanı çökdü

16 Sentyabr 2019 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboyda yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb.

Oxumeni.az Apa-ya istinadən xəbər verir ki,hadisə bir qədər əvvəl rayonun Boluslu kənd orta məktəbində qeydə alınıb.

Dərs vaxtı məktəbin tavanı çöküb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Şagirdlər təhlükəsiz əraziyə çıxarılıb.

Yerli sakinlərin dediyinə görə, 1967-ci ildə istifadəyə verilən məktəb qəzalı vəziyyətdədir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Boluslu Kənd orta məktəbində 232 şagird təhsil alır.

***

Hadisə ötən gecə baş verib:

"Orada əslində tavan deyil, sadəcə xırda bir taxta mismarlarından çıxaraq qopub. Hazırda hadisə baş vermiş otağın qapısı bağlıdır və şagirdlərin içəriyə girişi qadağan edilib".

C.Həsənov əlavə edib ki, məktəbin binası köhnədir və yaxın vaxtlarda məktəb üçün yeni korpus tikilərək şagirdlərin ixtiyarına veriləcək.

Oxumeni.az