Prezidentinin çıxışı zamanı PARTLAYIŞ - 24 ölü

Prezidentinin çıxışı zamanı PARTLAYIŞ - 24 ölü

17 Sentyabr 2019 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın Pərvan əyalətində Prezident Əşrəf Qəninin seçki kampaniyası çərçivəsində çıxışı zamanı partlayış törədilib.

Oxumeni.az-ın məlumatına görə, hadisə nəticəsində azı 24 nəfər həlak olub, 30-dan çox yaralı var.

Hadisənin Prezidentin tərəfdarlarının olduğu yerdən hansı məsafədə baş verdiyi bildirilmir.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Oxumeni.az