Hindistanda leysan yağışlar 73 nəfərin həyatına son qoydu - Video

Hindistanda leysan yağışlar 73 nəfərin həyatına son qoydu - Video

29 Sentyabr 2019 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Uttar-Pradeş ştatında yağan güclü leysan yağışı səbəbindən son dörd sutka ərzində azı 73 nəfər həyatını itirib.

Oxumeni.az-ın NDTV telekanalına istinadən xəbər verir ki, son sutka ərzində ölkənin şərq hissəsində yağıntının miqdarı 84,2 mm.-dən 102,2 mm.-dək olub.

Sentyabrın 30-da Hindistanın şimalında bir neçə rayonunda bütün məktəblər bağlanıb. Dəmir yollarını su basması nəticəsində bir sıra qatarların hərəkəti ləğv edilib.

Oxumeni.az