Yanğın yerinə 3 helikopter göndərildi + Video

Yanğın yerinə 3 helikopter göndərildi + Video

10 Dekabr 2019 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi də səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

Oxumeni.az-a daxil olan məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib.

Ona yerində yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva bildirib ki, yanğının çox güclü olması səbəbilə “Çağırış 3” elan olunub: “Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə nazirliyin 3 helikopteri və bütün yanğınsöndürən qüvvələr cəlb olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)