Kanadada təyyarə qəzası, 3 ölü

Kanadada təyyarə qəzası, 3 ölü

12 Dekabr 2019 10:38
Bəyəndim (1) Bəyənmədim (0)

Kanadanın Britaniya Kolumbiyası əyalətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb. Oxumeni.az-ın məlumatına görə, bu barədə “MİR 24” xəbər verib.

Piper Aerostar” təyyarəsi Nayamo şəhərində eniş edərkən qəzaya uğrayıb. Hava gəmisi Kaliforniya ştatının Bişop şəhərindən uçurdu.

Təyyarənin göyərtəsində üç nəfər olub. Onların hamısı dünyasını dəyişib.

Qəzanın səbəbi hələ məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az