Hindistanda iğtişaşlar nəticəsində azı 11 nəfər həlak olub

Hindistanda iğtişaşlar nəticəsində azı 11 nəfər həlak olub

21 Dekabr 2019 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Uttar-Pradeş ştatında etiraz aksiyaları zamanı baş verən toqquşmalar nəticəsində azı 11 nəfər həlak olub, onlarla insan yaralanıb.
Oxumeni.az “Times of India” qəzetinə istinadla xəbər verir ki, iğtişaşlar zamanı, həmçinin 200-ə yaxın insan həbs olunub, 3,3 min nəfər saxlanılıb. Ştatın bəzi rayonlarında, o cümlədən Lakhnau şəhərində internet və mobil rabitə məhdudlaşdırılıb. Bir sıra şəhərlərdə komendant saatı tətbiq edilib.
Polis orqanları etirazçılara qarşı odlu silahdan istifadə etmədiklərini bildirib.
Hindistanın Baş Naziri Narendra Modi yeni vətəndaşlıq barədə qanuna qarşı davam edən etirazlar və iğtişaşlar fonunda dekabrın 21-də Nazirlər Kabinetinin təcili iclasını çağırıb.
Qeyd edək ki, ötən həftənin sonlarında vətəndaşlıq barədə qanuna edilən düzəlişlərə əsasən, yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Hökumətin bu addımı hindistanlı müsəlmanların kəskin etirazlarına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az