Rus bloger yarım milyonluq “Galendevagen”i helikopterdən yerə atdı – Anbaan video

Rus bloger yarım milyonluq “Galendevagen”i helikopterdən yerə atdı – Anbaan video

24 Dekabr 2019 12:31
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiyada sosial şəbəkələrdə qeyri-adi paylaşımları ilə tanınan blogerin yeni videosu gündəm olub.
Oxumeni.az xəbər verir ki, tanınmış rus bloger İqor Moroz yeni çəkdiyi videosunda 260 min dollar (442 min manat) dəyərindəki “Galendevagen”i helikopter vasitəsilə yüzləralə metr yüksəklikdən aşağı atıb. İqor yerə düşərək paramparça olan avtomobili rahat şəkildə, oturaraq izləyib. Həmin video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri İqoru dəstəkləsə də, əksər izləyicilər avtomobilin məhv edilməsinin israf olduğunu bildiriblər. Rusiya televiziyalarına müsahibə verən bloger növbəti dəfə helikopterdən “Rolls Royce Cullinan” avtomobilini atacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)