Baş vermiş iki yol-nəqliyyat qəzasında 28 nəfər ölüb
Misirdə baş vermiş iki yol-nəqliyyat qəzasında ən azı 28 nəfərin öldüyü bildirilir. Oxumeni.az Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, dekabrın 29-da Süveyş kanalının yaxınlığında yerləşən Port Səid şəhərində fəhlələri daşıyan minibusla yük maşınının toqquşması nəticəsində 22 nəfər həlak olub. Qəzada yaralanan 4 sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.
Misir mətbuatının məlumatına görə, ikinci ağır yol-nəqliyyat hadisəsi paytaxt Qahirənin şərqində yerləşən Ayn Soxna kurortunun ətrafında baş verib. Turistləri daşıyan avtobusun aşması nəticəsində 6 sərnişin həlak olub. Ölənlərin arasında Malayziya və Hindistan vətəndaşları da var. Qəzada yaralanmış 24 turist isə xəstəxanaya çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az











































.jpg)
.jpg)






.jpg)





















.jpg)




















