Metroda qadının əl çantasını oğurladı, polis tərəfindən yaxalandı

Metroda qadının əl çantasını oğurladı, polis tərəfindən yaxalandı

27 İyun 2018 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

28 may metrosunun girişində cinayət törədən şəxs iş başında yaxalanıb.

"Ölkə.Az"ın məlumatına görə, Rəsmiyyə Əsədova adlı qadın metroya daxil olmaq istəyərkən tanımadığı şəxs onun əl çantasını əlindən alaraq hadisə yerindən uzaqlaşmaq istəyib. Ancaq ərazidə xidmət aparan polis əməkdaşları soyğunçunu elə iş başındaca yaxalayıblar. İlkin dindirmələr zamanı məlum olub ki, qadına qarşı soyğunçuluq edən şəxs əvvəllər narkotik vasitələrdən istifadəyə görə məhkum olunan Nadir İsrafilovdur.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsində cinayət məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb və N. İsrafilov şübhəli şəxs qismində həbs edilib.