Fransada terror planlaşdıran iranlı ər-arvad saxlanılıb

Fransada terror planlaşdıran iranlı ər-arvad saxlanılıb

2 İyul 2018 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Belçika polisi terror planlaşdırmaqda şübhəli bilinən iki iranlını saxlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslərin iyunun 30-da Fransada 25 min nəfərin iştirakı ilə keçiriləcək konfransda terror törətmək istədikləri qeyd edilir.

Saxlanılanlar 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Nasimedir.

Faktla bağlı cinayət işi açılıb. Hər iki şəxs haqda həbs qətimkan tədbiri seçilib.