ABŞ-da planlaşdırılan terror aktının qarşısı alınıb

ABŞ-da planlaşdırılan terror aktının qarşısı alınıb

2 İyul 2018 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Ohayo ştatının Klivlend şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.

Mediainfo.az "Report"a istinadən xəbər verir ki, terror iyulun 4-də - ABŞ-ın Müstəqillik Günündə həyata keçiriləcəkmiş.

Planlaşdırılan terror hadisəsi ilə əlaqədar bir nəfər həbs edilib. O, xaricdə terror təşkilatına dəstək verməkdə ittiham olunur.

Əməliyyatın digər detalları Klivlenddə yerləşən FTB-nin qərargahında keçiriləcək mətbuat konfransında açıqlanacaq.