Çayda 92 ədəd mobil telefon aşkarlanıb

Çayda 92 ədəd mobil telefon aşkarlanıb

3 İyul 2018 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb.

DSX-dan Azadinform-a Gürcüstanla dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd "X-nova" markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.