Mənzildən oğurluq edən paytaxt sakini saxlanılıb
Oğurluqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Namiq Əliyev rayon ərazisindəki evlərin birindən 5 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.
Digər xəbərlər































































































