Dağıstanda həbslər yenidən başladı: eks-nazir tutuldu

Dağıstanda həbslər yenidən başladı: eks-nazir tutuldu

7 İyul 2018 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstanın keçmiş Səhiyyə naziri Tanka İbrahimov Maxaçqalada saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Agentlik İbrahimovun evində axtarış aparıldıqdan sonra həbs edildiyini bildirib. Eks-nazir büdcə vəsaitlərinin mənimsənilməsində ittiham edilib.

Qeyd edək ki, İbrahimov 2013-2018-ci illərdə Dağıstan Səhiyyə Nazirliyinə rəhbərlik edib.

Bir neçə gün öncə Dağıstanda Baş nazirin müavini Ramazan Əliyev də həbs edilmişdi.