Avtomobilin alt hissəsində gizlədilən siqaretlər aşkara çıxarıldı

Avtomobilin alt hissəsində gizlədilən siqaretlər aşkara çıxarıldı

26 İyul 2018 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "OKA" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Mediaino.az saytına komitədən verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin alt hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 3600 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.