Moskvada yaşayan üç erməni bacı atalarını doğradı
Moskvada yaşayan 17, 18, 19 yaşlı üç erməni bacısı həbs edilib.
"Ölkə.Az" xəbər verir ki, qızlar doğma atalarını öldürüblər.
57 yaşlı kişinin meyiti Altufyev şossesindəki evlərin birinin nərdivan meydançasında aşkar edilib. Onun üzərində çoxsaylı bıçaq zərbələri olub. Məlum olub ki, ölən şəxs Mixail Xaçaturyandır, yəni qızların atası.
Qeyd edilir ki, uzun müddət ata qızlarına mənəvi əzab verib. Qızlar əvvəlcədən qətli planlaşdırıblar. 27 iyul tarixində Mixail kresloda mürgüləyəndə bacılar ona hücum ediblər. Qızlar bıçaqla onun boynuna və sinəsinə zərbə endiriblər. Mixail qaçsa da, güclü qanaxmadan huşunu itirib və keçinib.
Qızlar bildiriblər ki, narkotik aludəçisi olan ataları qızlarını döyür, qul kimi işlədirmiş. Hətta qızlardan birini zorlamağa cəhd edib.
Ana evdən bir neçə il əvvəl qaçıb. Xaçaturyanın 20 yaşlı oğlu da olub. Amma o, bir neçə ildir ki, ayrı yaşayır.































































































