Bakıda fransızın velosipedlərini oğurladılar
Bakıda fransızın velosipedlərini oğurladılar
Hadisə Səbail rayonunda kirayədə qalan Fransa vətəndaşının başına gəlib.
"Ölkə.Az"ın məlumatına görə, Xəqani küçəsi 10-da kirayədə qalan Qeor Umenin 3 bahalı velosipedi oğurlanıb. Zərərçəkən dərhal polisə müraciət edib.
Hadisə yerini araşdıran polis əməkdaşlarına məlum olub ki, velosipedlər blokun girişindən oğurlanıb. Biri özünə, 2-i isə ailə üzvlərinə məxsus olan velosipedlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Digər xəbərlər































































































