Kənddə əxlaqsızlıq yuvası aşkarlandı

Kənddə əxlaqsızlıq yuvası aşkarlandı

31 İyul 2018 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmazın Çarxı kəndi ərazisində əxlaqsızlıq yuvası aşkarlanıb.

Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş. Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.

İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır. (baku.vvs)