Prezidentə sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanıldı

Prezidentə sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanıldı

6 Avqust 2018 06:47
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanılıb.

Bu barədə daxili işlər naziri Nestor Reverol açıqlama yayıb. İnformasiya naziri Xorxe Rodriqes isə 3 pilotsuz uçuş aparatının zərərsizləşdirdiyini deyib.

Qeyd edək ki, paytaxt Karakasdakı çıxışı zamanı bomba ilə yüklənmiş pilotsuz uçuş aparatı Maduronun tribunasına doğru uçub. Prezident xəsarət almasa da, 7 əsgər yaralanıb.( qafqazinfo)