Meksikada jurnalist qətliamı davam edir

Meksikada jurnalist qətliamı davam edir

9 Avqust 2018 11:00
Bəyəndim (0) Bəyənmədim (0)
Meksikada son 18 ildə 140-a yaxın jurnalist qətlə yetirilib

2000-ci ildən etibarən Meksikada 138 jurnalist qətlə yetirilib. Bu barədə ölkənin İnsan Haqları üzrə Milli Komissiyası məlumat yayıb. Bildirilir ki, KİV-in daha 21 nümayəndəsi 2005-ci ildən itkin düşüb.

"KİV əməkdaşlarının qətlə yetirilməsi və yoxa çıxması hallarının həyəcanlı şəkildə artması milli səviyyədə təhlükəsizlik sahəsində nələrin baş verdiyini əks etdirir", — deyə hüquq müdafiəçilərinin hesabatında qeyd olunur.(report.az)