Gömrükdə vətəndaşın cibindən psixotrop maddə çıxdı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Mediainfo.az saytına DGK Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının kiçikölçülü cibində gömrük nəzarətinə bəyan edilməyən 1 büküm - xalis çəkisi 0,126 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər



















































































.jpg)











