İcazəsiz ova cəhd edən şəxs 1000 manat cərimə edilib

İcazəsiz ova cəhd edən şəxs 1000 manat cərimə edilib

28 Sentyabr 2018 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Pirili kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, ondan ov tüfəngi götürülüb. Araşdırma zamanı brakonyerin Pirili kənd sakini Şakir Hüseynov olduğu məlum olub. Faktla bağlı Ş.Hüseynov barəsində protokol tərtib olunub və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.