İŞİD-in hədələdiyi məşhur model öldürüldü

İŞİD-in hədələdiyi məşhur model öldürüldü

28 Sentyabr 2018 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD terror qruplaşması tərəfindən hədələnən iraqlı model Tara Fares Bağdadda qətlə yetirilib.

22 yaşlı model silahlı hücum nəticəsində öldürülüb.

Taranın atası iraqlı, anası isə livanlı olub. 1 uşaq anası olan model əvvəllər də İŞİD qruplaşmasının təhdidlərinə məruz qalmışdı. Bu səbəbdən də Tara Bağdadı tərk edərək Ərbil şəhərinə köçmüşdü.

Velosiped sürərkən silahlı hücuma məruz qalan model xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (olke.az)