İcazəsiz ov edən şəxslər saxlanılıb

İcazəsiz ov edən şəxslər saxlanılıb

24 Oktyabr 2018 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Vaqif Əliyev və Rauf Əliyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 2005 manat məbləğində cərimə və ziyan tətbiq olunub.