Gömrükdə pirotexniki vasitələr aşkarlanıb

Gömrükdə pirotexniki vasitələr aşkarlanıb

30 Oktyabr 2018 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar Şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Wolksvagen Vento" markalı avtomobil saxlanılıb.

Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib. Vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsədə, nəqliyyat vasitəsinin benzin çəninin içərisində 1370 ədəd, üzərində "Enigma EK3" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağla araşdırma aparılır