Tatarıstanda silsilə terror aktları hazırlayan şəxsləri həbs ediblər

Tatarıstanda silsilə terror aktları hazırlayan şəxsləri həbs ediblər

30 Oktyabr 2018 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Federal Təhlükəsizlik Xidməti (FTX) Tatarıstanda terror hazırlayan İslam dövləti üzvlərini həbs ediblər.

Mediainfo.az-ın Tatarıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə FTX İctimaiyyətlə əlaqələr xidmətinin yaydığı məlumatda deyilir: "Naberjnı Çelnı şəhərində xüsisi yerdən silah götrürərkən terrorçu qrupun üzvlərindən biri həbs edilib. Eyni zamanda FTX tərəfindən həyata keçirilən digər əməliyyat zamanı terrorçu qrupun daha 6 üzvü və onların təsiri altına düşən 11 nəfər həbs edilib. Həbs edilənlərin evlərində axtarışlar zamanı çoxlu sayda silah-sursat, o cümlədən ekstremist ədəbiyyat və İslam dövləti atributları ələ keçirilib".

Məlumatda qeyd edilir ki, terrorçu qrupun üzvləri Tatarıstanda bəzi teraktlar həyata keçirmək və bundan sonra Suriyadakı həmkarlarına qoşulmağı planlaşdırmışdılar.