Məşhur qanqster öldürüldü

Məşhur qanqster öldürüldü

30 Oktyabr 2018 22:52
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur amerikalı qanqster Ceyms "Uayti" Balcer həbsxanada öldürülüb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Boston globe" qəzeti yazıb. 2013-cü ildə 11 cinayətdə təqsirli bilinərək tutulan Balcer ömürlük həbsə məhkum edilib. Qanqster 11 cinayətin hamısını 1970-80-ci illərdə törədib. O, irland cinayətkar dəstə "Winter Hill Gang"ın rəhbəri olub.

89 yaşlı Balceri mafiya ilə əlaqəsi olan digər məhbusun öldürdüyü ehtimal edilir.