İcazəsiz ov edən şəxslər 2015 manat cərimə ediliblər
Ekologiya və Təbii Sərvətlər Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən reyd zamanı icazəsiz ov edən şəxslər saxlanılıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.
Digər xəbərlər














.jpg)






































































.jpg)










