Karlovun öldürülməsi ilə bağlı məhkəmə gələn il keçiriləcək

Karlovun öldürülməsi ilə bağlı məhkəmə gələn il keçiriləcək

7 Dekabr 2018 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Andrey Karlovun öldürülməsi ilə bağlı məhkəmə gələn il keçiriləcək.

Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qərar Türkiyə məhkəməsi tərəfindən qəbul edilib. Qərara əsasən səfir Andrey Karlovun öldürülməsi ilə bağlı məhkəmə prosesi 2019-cu il yanvar ayının 8-də başlayacaq.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabr ayının 19-da fotosərginin açılışında etdiyi çıxışı zamanı öldürülüb. Onu öldürən polis işçisi Mövlud Mert Altıntaş yerindəcə məhv edilib.