Avtomobildə 75 ədəd güllə aşkarlanıb

Avtomobildə 75 ədəd güllə aşkarlanıb

11 Dekabr 2018 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Lexus LX 570" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-ın DGK-ya verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının arasındakı qolaltı sandıqçada olan bir ədəd şəffaf politelin paketin içərisindən, arxa tərəfində "9 mm Luger" yazıları olan 75 ədəd güllə aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.