Gömrükdə 28400 ədəd elektron siqaret aşkar edilib

Gömrükdə 28400 ədəd elektron siqaret aşkar edilib

14 Dekabr 2018 12:02
Bəyəndim (1) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-a DGK Mətbuat Xidmətindən verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində "Heets" yazısı olan 28400 ədəd elektron siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.