“Qarabağ” altı milyon manatdan çox qazandı

“Qarabağ” altı milyon manatdan çox qazandı

15 Dekabr 2018 18:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın "Qarabağ" klubunun 2018-2019-cu il avrokuboklar mövsümündən UEFA-dan qazancı məlum olub.

Qrup mərhələsinin nəticələrinə görə "Qarabağ" 3,19 milyon avro (təxminən 6,2 milyon manat) alacaq.

Qrup mərhələsinə çıxdığına görə Ağdam klubu 2,62 milyon avro, "Vorskla" üzərindəki qələbəyə görə isə 570 min avro əldə edəcək.

Əgər "Qarabağ" "pley-off"a çıxsaydı, əlavə olaraq, 1,1 milyon avro qazanacaqdı.(oxu.az)