Fədayə Laçına hökm oxundu

Fədayə Laçına hökm oxundu

26 Dekabr 2018 21:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçına hökm oxunub.

Müğənni ömrünün beş ilini dəmir barmaqlıqlar arasında keçirəcək.

Qeyd edək ki, proses hakim Azad Məcidovun sədrliyi ilə keçirilib.

Konvoy taborunun əməkdaşları olmuş Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6 ay, Tabor komandiri polkovnik-leytenant Bəhruz Abdullayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

"Qoca"nın qaçmasına kömək etməkdə suçlanan Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum edilib.

B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi üzrə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.