Bakıda  avtomobildə güllələnən gənclərdən biri ölüb

Bakıda avtomobildə güllələnən gənclərdən biri ölüb

28 Dekabr 2018 06:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

Gecə saatlarında 10-TO-170 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobildə 2 nəfər güllələnib.

Həmin şəxslər 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırovdur.

T.Babayev hadisə yerində dünyasını dəyişib. A.Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub.

Hadisənin kim və ya kimlər trəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. (baku.tv)