Amerika vətəndaşı Qazaxıstanda 12 min tenge cərimə edilib
Qazaxistanın Pavlodar şəhərində yaşayan ABŞ vətəndaşı gözlənilməz hadisə ilə üzləşib. Mediainfo.az-ın nur.kz-a istinadən verdiyi xəbərə görə, hələlik adı açıqlanmayan ABŞ vətəndaşı yerə siqaret kötüyü atmaq üstündə 12 min tenge (təxminən 33-34 dollar) cərimə edilib. ABŞ vətəndaşının bu hərəkəti eyni zamanda xırda xuliqanlıq kimi dəyərləndirilib. Məsələyə münasibət bildirən Pavlodar Vilayət məhkəməsinin mətbuat xidməti rəhbəri Janar Jumatayev: "52 yaşlı ABŞ vətəndaşı yaşayış evinin qarşısında yerə siqaret kötüyü atıb. Bununla da o xırda xuliqanlıq edib",-deyib. Xatırladaq ki, Qazaxıstan qanunlarına görə yerə siqaret kötüyünün atılmasına görə vətəndaşı 12 min tenge cərimə və ya 10 günlük həbs cəzası gözləyir. ABŞ vətəndaşının cəriməni ödəyib-ödəmədiyi barədə isə məlumat verilmir.






































































.jpg)























