Söyüd ağacını kəsdi, 2900 manat cərimə edildi

Söyüd ağacını kəsdi, 2900 manat cərimə edildi

13 Mart 2019 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib.