Narkotik vasitə - marixuana aşkarlanıb

Narkotik vasitə - marixuana aşkarlanıb

16 Aprel 2019 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib.

Baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram narkotik vasitə -marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.