Masazırda atışma: 3 nəfər “Vinçester”lə vuruldu
Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.
Mediainfo.az-ın reporta istinadən verdiyi xəbərə görə. hadisə qəsəbədə yerləşən ev alqı-satqısı ofisindә baş verib.
Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester" markalı silahdan atəş açan "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.
Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub.


































































.jpg)



























