Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxslər tutulub

Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxslər tutulub

13 İyun 2019 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda əcnəbinin pulunu və sənədlərini oğurlayan şəxslər saxlanılıb.

Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.