Bakıda 83 yaşlı kişinin meyiti mənzilində tapılıb

Bakıda 83 yaşlı kişinin meyiti mənzilində tapılıb

11 İyul 2019 15:41
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda 83 yaşlı kişinin meyiti mənzilində tapılıb.

Fövqəladə Hallar Nazirliyinindən APA-ya verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Atmoqolov Qeyfulla İdayatullayeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.​​