Nabranda törədilən  qətlin üstü açılıb

Nabranda törədilən qətlin üstü açılıb

16 Avqust 2019 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Oxuməni.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərəgörə., avqustun 15-də Xaçmaz rayonunun Nabran qəsəbəsinə bitişik Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində həmin gün qeyd edilən kəndin ərazisində T.İbrahimovla Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla onu vurub qətlə yetirməsi müəyyən edilibr.

Qəsdən adam öldürməkdə şübhəli bilinən T.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.